AZ

Qazaxda Heydər Əliyevin 102-ci ildönümü ehtiramla yad edilib - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Qazax rayonunda da silsilə tədbirlərlə geniş şəkildə qeyd edilib.

"Unikal" xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar dahi şəxsiyyətin siyasi irsinin təbliği məqsədilə Qazax Rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub. Ziyarət edənlər fenomenal şəxsiyyətin mənalı ömür yolu və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar. Mühazirələr oxunub, Ulu Öndərə həsr edilmiş filmlər təqdim edilib. Bundan əlavə, rayonda Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə bağlı silsilə tədbirlər, kitab bayramı, idman yarışları, müsabiqələr keçirilib.

Mayın 10-da respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü böyük ehtiramla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, sərhədçilər, polis əməkdaşları, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin ildönümü ilə əlaqədar Ulu Öndərin adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən stendlərlə, kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar.

Seçilən
0
36
unikal.az

10Mənbələr