AZ

Rus bölməsi üzrə müəllim seçimi bu tarixlərdə aparılacaq

Rus bölməsi üzrə 1-ci siniflərə qəbul prosesində müəllim və məktəb seçimi iyun ayının 17-dən başlanacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin birinci siniflərə qəbulla bağlı məlumatında qeyd olunub.

 

Rus bölməsi üzrə mayın 6-dan başlayan müsahibəyə yazılma prosesinə mayın 20-i saat 18:00-da yekunlaşacaq.

 

12 may tarixindən – 31 may tarixinədək dövlət ümumitəhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr təşkil olunacaq.

 

17 iyun saat 11:00-dan - 12 sentyabr saat 18:00-a qədər dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqlar üçün valideynləri tərəfindən məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi mümkün olacaq.

Seçilən
0
1
sfera.az

2Mənbələr