Basketbolun 3x3 növü üzrə millimizin Qadın seriyası üçün heyəti bəlli olub.
"Football-plus.az" xəbər verir ki, yığmamız turnirə 6 oyunçu sifariş edib.
Dünya kubokunun mayın 24-25-də keçiriləcək seçmə mərhələsində oynayacaq Aleksandra Mollenhauer, Dina Ulyanova, Arika Karter, Brianna Frezer “dördlüy”ü ilə yanaşı Tifani Hayes və Tatyana Deniskina da Qadın seriyası üçün heyətdə olacaq. Bu turnirin Bakı mərhələsi seçmə oyunlardan dərhal sonra mayın 26-27-də baş tutacaq.
Qeyd edək ki, yığmamız hələlik seriyanın iki turniri - Bakı və Sumqayıt mərhələləri üçün qeydiyyatdan keçib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta