Bakı qəsəbələrinin ucuz bazarları... Hətta bu bazara digər qəsəbələrdən gələn alıcılar da var...
News24.az Xəzər TV-yə istinadən bildirir ki, alıcılar deyir ki, cüzi fərqlə Maştağa bazarından baha olan bu bazar yenə də paytaxtın mərkəzində yerləşən bazarlardan sərfəlidir.
Şəhərin mərkəzindəki qiymətlərdə də maraqlandıq. Bəzi məhsullarda qiymət fəqi çox, bəzilərində isə azdır.
Əsas fərq isə ondan ibarətdir ki, paytaxtın metro ətrafı və mərkəzi ərazilərində qiymət eyni deyil.
Məsələn, bir ərazidə 5 manata olan məhsul bir başqa yerdə 10 manata satılır. Qiymət fərqi isə məhsulun alışından, məkanın icarə haqqından, satılan məhsulun keyfiyyətindən asılıdır.
Daha ətraflı videomaterialı təqdim edirik.