AZ

Dəstəyiniz üçün minnətdaram - Rümeysa Öztürk

BAKI, TurkicWorld

ABŞ-da həbs olunan Rümeysa Öztürk azadlığa çıxıb.

TurkicWorldxəbər verir ki, Fələstinə dəstək aksiyalarında iştirak etdiyi üçün ABŞ-da 45 gün həbsdə saxlanılan Rümeysa Öztürk məhkəmənin zamin müqabilində azadlığa buraxılması qərarı ilə sərbəst qalıb.

O, həbsdən çıxdıqdan sonra verdiyi ilk açıqlamada təşəkkürlərini bildirib.

“Çox yoruldum, bir müddət dincələcəm, amma burada olduğunuz üçün çox minnətdaram. Həyatım boyu mənə verdiyiniz bütün dəstəyə görə çox sağ olun,” – deyə Öztürk bildirib.

Qeyd edək ki, Rümeysa Öztürk İsrailin Fələstindəki hərbi əməliyyatlarına qarşı keçirilən etirazlarda fəal iştirakı ilə tanınıb. Onun həbsi beynəlxalq ictimaiyyət və insan haqları qurumları tərəfindən tənqid edilmişdi.

Seçilən
0
turkic.world

1Mənbələr