AZ

Hindistanın hava limanı və qərargahında partlayış baş verdi

BAKI, 10 may. TELEQRAF

Cammu və Kəşmirin Şrinaqar və Baramulla şəhərlərində təxminən dörd partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Mənbə bildirir ki, Şrinaqarda partlayışlar hava limanı və Hindistan ordusunun yerli qərargahı yaxınlığında baş verib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Xatırladaq ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın hava bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Ordusu hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Pakistan buna cavab olaraq, səhər saatlarında Hindistana qarşı “Bənyan ül-Marsus” adlı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr