Azərbaycan Ümummilli Lider Heydər Əliyevin xidmətləri sayəsində inkişaf yoluna qədəm qoyub.
"Report" xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, Ümumilli Lider Heydər Əliyevin Azərbaycanı Avrasiya məkanında söz sahibi edib:
"Heydər Əliyev hələ Sovet dövrü zamanı Azərbaycana rəhbərlik edərkən Azərbaycanın milli-mənəvi dəyərlərinin, dilinin, mədəniyyətinin inkişaf etdirilməsinə böyük önəm verib. Bu müstəqillik üçün zəmin yaradan əsas faktor olub. Bütün bunları Azərbaycan xalqı nəzərə alaraq ölkənin ən çətin dönəmində Ulu öndərə dəstək oldu. Heydər Əliyev də həyatını təhlükəyə ataraq bu məsuliyyəti öz üzərinə götürdü və Azərbaycanı xilas etdi. Onun xidmətləri ilə Azərbaycan inkişaf yoluna qədəm qoydu. Heydər Əliyevin başa çatdıra bilmədiyi işləri onun varisi Prezident İlham Əliyev davam etdirdi".