AZ

"Sui-qəsdə məruz qaldım, zəhərləndim, müalicə aldım..." - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan təxminən 5 il əvvəl onu zəhərləmək cəhdinin olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə diplomatiyasının rəhbəri “24TV” kanalının efirində deyib.

Onun sözlərinə görə, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri olarkən FETÖ terror təşkilatı onu və ailəsini hədəf alıb:

“FETÖ-çülərin və digər mütəşəkkil cinayət qruplarının mənim və ailəmlə bağlı apardıqları təbliğat yəqin ki, dünyanın heç bir yerində görülməyib. Fiziki olaraq sui-qəsdə məruz qaldım, zəhərləndim, müalicə aldım. Bundan başqa, davamlı xarakterli sui-qəsdlərə məruz qalırıq, amma bu, davanın bir hissəsidir. Əvvəllər bunu deməmişəm. Mənə ağır arsen və civə veriblər. Haradasa olub, sonra da analizlərdə üzə çıxıb. Bu səbəbdən 4-5 il müalicə almışam”.

“Bunu kim edib?” sualın cavabında Hakan Fidan deyib “təkcə ölkə daxilində düşmən yoxdur, düşmən hər yerdədir”.

Qeyd edək ki, H. Fidan 2023-cü ildə Türkiyə diplomatiyasının rəhbəri vəzifəsinə başlayıb. Bu vəzifəyə təyin olunmazdan əvvəl o, Türkiyənin Milli İstihbarat Təşkilatına rəhbərlik edib.

Seçilən
0
4
redaktor.az

5Mənbələr