AZ

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.

Azreform.info xəbər verir ki, bu barədə Yunanıstanın Milli Olimpiya Komitəsinin rəsmi saytında məlumat verilib.

Təntənəli mərasim məşəl estafetasının başlanğıcını qoyacaq. Estafeta 4 dekabr tarixinədək Yunanıstan ərazisində davam edəcək, 2200 kilometr məsafəni, ölkənin 23 inzibati vahidini və yeddi regionunu əhatə edəcək. Bu müddət ərzində 36 qarşılanma mərasimi təşkil olunacaq.

Təxminən 450 nəfər məşəl daşıyıcısı, 15 avtomobildən ibarət kolonnanın müşayiəti ilə məşəli daşıyacaq. Estafetanın Yunanıstan mərhələsinin sonunda, dekabrın 4-də Afinadakı Panatinaykos stadionunda məşəl 2026-cı il Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinə təntənəli şəkildə təqdim olunacaq. Ardınca estafeta İtaliya ərazisində davam etdiriləcək.

Qış Olimpiya Oyunları 2026-cı ilin 6–22 fevral tarixlərində İtaliyanın Milan və Kortina-d’Ampezzo şəhərlərində keçiriləcək.(Publika.az)

Seçilən
0
7
azreform.info

8Mənbələr