Bakı. Trend:
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadanolmasının 102-ci ildönümü münasibətilə ölkəmizin Əlcəzairdəkisəfirliyində tədbir keçirilib.
Bu barədə Trend-ə səfirlikdən məlumat verilib. Tədbirdə səfirTural Rzayev Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında misilsizxidmətlərindən, dünya tarixindəki rolundan, həyat və fəaliyyətindənətraflı söhbət açaraq, Heydər Əliyev siyasi kursunun AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davametdirildiyini vurğulayıb.
Tədbir iştirakçıları Ulu Öndərə həsr olunmuş fotosərgiyə tamaşaediblər. Tanınmış əlcəzairli professor Yusif Hurinin müəllifiolduğu, Əlcəzairdə ərəb və fransız dillərində çapdan çıxmış “MüasirAzərbaycan dövlətinin qurucusu Heydər Əliyev” kitabları ilə tanışolublar. Tədbir iştirakçıları daha sonra Ümummilli Liderin həyatıvə fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıblar.
Tədbirdə səfirliyin əməkdaşları və onların ailə üzvləri, buölkədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz və Əlcəzairvətəndaşları iştirak ediblər.
Eyni zamanda, Əlcəzairin “alharir.info”, “El Fanek El Arabi”,“elmindharnews.dz” xəbər portallarında Azərbaycan xalqınınÜmummilli Lideri Heydər Əliyev haqqında məqalələr yayımlanıb.