Ağdamda qadını ilan sancıb.
Aznews.az xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndində baş verib.
Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü Quliyeva Naibə Mönsum qızını yaşadığı evin həyətində zəhərli ilan sancıb. O, Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.