AZ

"Yaxın Şərqdə müharibə genişlənə bilər" - Fidan

Yaxın Şərqdə müharibə genişlənə bilər.


Manset.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “24 Tv”yə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında bir neçə gün əvvəl baş tutan telefon danışığında Yaxın Şərqdə gərginliyin azaldılması məsələsi geniş müzakirə olunub: “Qəzzada aclıqdan, xəstəlikdən ölənlərin sayı getdikcə artır”.

H.Fidan söyləyib ki, bir çox lider Ərdoğandan Tramp üzərindəki təsir imkanlarından istifadə edərək Yaxın Şərqə diqqətin artırılmasın xahiş edir: “Çox ciddi humanitar fəlakətlə üz- üzəyik. Bu, etinasız yanaşa biləcəyimiz məsələ deyil. Laqeyd yanaşsaq, daha böyük eskalasiya riski bizi gözləyə bilər”.

Seçilən
0
14
manset.az

10Mənbələr