Bakı. Trend:
Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinəgörə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dairiddialarla bağlı araşdırma aparılacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, "Son zəng"tədbirinin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinəçatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunmasıbarədə aidiyyəti tapşırıqlar verilib.
Vurğulanıb ki, aparılan araşdırmanın nəticələri barədəictimaiyyətə əlavə məlumat veriləcək.