“Sabah” Azərbaycan Premyer Liqasının 34-cü turunda doğma meydanda “Şamaxı”ya 3:1 hesabı ilə qalib gəlib.
Msport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
“Bizim üçün vacib qələbədir. Bu qalibiyyət komandanı emosional cəhətdən daha da inkişaf etdirəcək. Bu gün pis oynamadıq. Sadəcə olaraq, buraxdığımız qolda taktiki səhvə yol verdik. Ümumi götürsək, oyundan məmnunam”.