"Şamaxı" Misli premyer-liqasının 34-cü tur matçında "Sabah"ın meydanından məğlub ayrıldı - 1:3.
"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
-Xal qazanmaq istəyirdik. "Sabah"la matçlarımız yetərincə gərgin keçir. Cari mövsümdə bu komandaya uduzmamışdıq. Bu gün istəklərinə çatdılar. Standart vəziyyətlər zamanı çətinlik çəkirik. Bu gün heyətdə dəyişikliklər etdik. Gənc futbolçulara şans verdik. Bəzi oyunçuları sınamaq istəyirdik. İlboyu apardığı mübarizəyə görə futbolçularıma təşəkkür edirəm. "Şamaxı" qarşıya qoyulan məqsədə çatıb. Mövsüm bitdikdən sonra gələcək haqda planlar quracağıq.
- Hakimdən çox narazı görünürdüz...
- Fərid Hacıyevdən həmişə narazı qalmışam. Bu haqda çox danışmaq istəmirəm. Hakimlərə həmişə dəstək olmağa çalışmışıq. Top çıxıb, foul verir. Futbolçunun əziyyətini yerə vurur. Ayıbdı. Sonra künc zərbəsi verir. Rəqib də həmin epizodda qol vurur. Neçə dəfə lazım olsa da, sarı vərəqə göstərmədi. Ancaq daha sadə epizodlarda bizə "sarı" verilir. Ümumiyyətlə, Fərid Hacıyev oyunu zəif idarə etdi. Səbəbini bilmirəm.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta