AZ

Ukrayna ilə Macarıstan arasında agent qalmaqalı

Ukrayna və Macarıstan arasında daha bir diplomatik qalmaqal yaşanır.

Publika.az xəbər verir ki, buna səbəb Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Zakarpatyada macar kəşfiyyatçı şəbəkəsini ifşa etməsi olub.

UTX-nin yaydığı rəsmi məlumatda qeyd olunur ki, mayın 9-da Ukrayna Təhlükəsizlik Xidməti Zakarpatya vilayətində fəaliyyət göstərən macar hərbi kəşfiyyatçılarını ifşa edib. Onların əsas vəzifələri regionda hərbi təhlükəsizliyin vəziyyəti haqqında məlumatların toplanması, yer və hava hücumundan müdafiədə zəif nöqtələrin axtarışı, Macarıstandan mümkün bir işğal halında yerli əhalinin əhvali-ruhiyyəsinin və reaksiyalarının öyrənilməsi olub.

Xüsusi əməliyyat çərçivəsində UTX Macarıstan kəşfiyyat xidmətinin karyera zabitinin nəzarəti altında işləyən iki agenti saxlayıb. Hər iki məhbus hərbi vəziyyətlə bağlı dövlətə xəyanətdə şübhəli bilindikləri barədə məlumatlandırılıb. Ukrayna qanunlarına görə, onları ömürlük həbs gözləyir.

Seçilən
0
2
publika.az

7Mənbələr