AZ

"Sabah" "Şamaxı"ya qalib gəldi  

Bu gün Misli Premyer Liqasında 34-cü tur başlayıb.


Manset.az xəbər verir ki, ilk gündə 1 matç keçirilib. "Sabah" "Şamaxı"nı qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, "Sabah" 44 xalla 5-ci, "Şamaxı" isə 36 xalla 7-ci yerdədir. 

Qeyd edək ki, Misli Premyer Liqasında "Qarabağ" artıq çempionluğu, "Zirə" isə 2-ciliyi təmin edib.

9 may (cümə)

19:00. “Sabah” – “Şamaxı” - 3:1 

Qollar: İqor Noqeyra, 12 (1:0), Leroy Mikels, (1:1), İqor Noqeyra, 72 (2:1), Pavol Şafranko, 90+3 (3:1)

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Müslüm Əliyev

“Bank Respublika Arena”

10 may (şənbə)

17:00. “Səbail” – “Zirə”

19:30. “Turan Tovuz” – “Neftçi”

11 may (bazar)

18:00. “Kəpəz” – “Sumqayıt”

20:00. “Qarabağ”– “Araz-Naxçıvan”

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qo

Salifu Suma ("Zirə") - 12 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Davit Volkov ("Zirə") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Seçilən
0
50
manset.az

10Mənbələr