AZ

Premyer Liqa: “Sabah” “Şamaxı”nı xalsız yola saldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 34-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Sabah” “Şamaxı”nı qəbul edib. Masazırda keçiriləcək oyunu Fərid Hacıyev idarə edib.

Bu, sözügedən komandaların Premyer Liqadakı 22-ci görüşü olub. Əvvəlki 21 oyunda “Sabah” 6, “Şamaxı” 8 qələbə qazanmışdı, 7 görüşdə bərabərlik qeydə alınmışdı. “Şamaxı” son iki görüşdə qələbə qazanmışdı. Son 4 qarşılaşmada meydan sahibi olan komanda uduzmamışdı.

Dörd qolun qeydə alındığı bu oyunda isə “Sabah” qələbə həsrətinə son qoyub. Paytaxt təmsilçisi evdə inamlı qələbəyə sevinib.

“Sabah” hazırda 44 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Əyalət təmsilçisi isə 36 xalla 7-cidir.

Premyer Liqanın 34-cü turunun qalan görüşləri mayın 10-da və 11-də keçiriləcək.

Premyer Liqa
34-cü tur

9 may

“Sabah” – “Şamaxı” 3:1
Qollar: İqor Noqeyra, 12; 72. Pavol Şafranko, 90+3 – Leroy Mikels, 26.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Masazır Arena”, 19:00.

Sabah: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 18. Pavol Şafranko (k), 40. İqor Noqeyra, 3. Con İrasabal, 13. İvan Lepinitsa, 12. Vensan Till, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 89. Rauf Əyyubov, 10. Namiq Ələsgərov, 9. Anatoli Nuriyev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 70. Jesse Sekidika, 99. Neqoş Kupusoviç, 83. Stefen Ende.
Baş məşqçi: Vasili Berezutski.

Şamaxı: 1. Rikardo Fernandes, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 6. Rauf Rüstəmli, 12. Maykl Tuik, 20. Leroy Mikels (k), 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 73. Elmar Məmmədov.
Baş məşqçi: Ayxan Abbasov.

Seçilən
0
9
arena.az

9Mənbələr