Azərbaycan Basketbol Liqasında final seriyasının daha 2 oyununun baş tutacağı günlər bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Neftçi"nin ardıcıl 2-ci qələbəsindən sonra çempionunun müəyyənləşməsi üçün daha 2 oyuna ehtiyac duyulacaq. Bakı İdman Sarayı 11 may saat 17:00 və 14 may saat 19:00-da Bakı derbisinə ev sahibliyi edəcək.
Qeyd edək ki, hazırda 2:2 hesablı heç-heçənin davam etdiyi final seriyasında 4 qələbəyə ən tez çatan komanda qalib elan olunacaq.