Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp köməkçiləri vasitəsilə bir-birini Qələbə Günü münasibətilə təbrik ediblər.
Bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.
"Rusiya prezidenti və prezident Tramp öz köməkçiləri vasitəsilə ümumi bayramımız münasibətilə bir-birini təbrik ediblər", - TASS onun sözlərindən sitat gətirib.