ABŞ Müdafiə Nazirliyi (Pentaqon) təxminən 1000 transgender hərbçinin dərhal ordudan uzaqlaşdırılmasını nəzərdə tutan yeni göstəriş yayımlayıb.
Musavat.com xəbər verir ki, bu göstəriş prezident Donald Trampın imzaladığı sərəncama əsaslanaraq ABŞ ordusunda xidmət edən cinsiyyətini dəyişmiş şəxslərin vəzifədən azad edilməsini nəzərdə tutur.
Sənədə əsasən, kimliyini açıq şəkildə bəyan edən təxminən 1000 transgender hərbçi dərhal ordudan kənarlaşdırılacaq. Transgender olduğunu bəyan etməmiş digər hərbçilərə isə özlərini tanıtmaları üçün 30 günlük müddət veriləcək.
Göstərişi imzalayan müdafiə naziri Pit Heqset məsələ ilə bağlı verdiyi açıqlamada ABŞ Ali Məhkəməsinin Tramp administrasiyasına bu qadağanın tətbiqi üçün verdiyi icazənin çox mühüm olduğunu bildirib.
Nazir sərt açıqlamasında qeyd edib: "Artıq paltarlı kişilər yoxdur. Bu cəfəngiyyatlara son qoyduq".
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi mayın 6-da Tramp administrasiyasının ordu daxilində transgender fərdlərə qarşı qadağanın tətbiqinə icazə verən qərar qəbul edib. Müdafiə Nazirliyi həmçinin, bu kateqoriyaya daxil olan digər hərbçilərin müəyyənləşdirilməsi üçün tibbi sənədlərin yoxlanılacağını açıqlayıb.
Musavat.com