AZ

Məşhur müğənni xəstəxanadan görüntüsünü paylaşdı - FOTO

Məşhur müğənni Nazan Öncel sosial media hesabında sağlamlıq durumu ilə bağlı paylaşım edərək pərəstişkarlarını narahat edib.

Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, 69 yaşlı sənətçi təcili yardım maşını ilə xəstəxanaya aparıldığını bildirib.

NAZAN.jpg

Nazan Öncel paylaşımında yaşadıqlarını belə ifadə edib:

“Məni təcili yardım maşınına qədər müşayiət edən pişiyimə “gözlə, sənə söz verirəm, qayıdacağam” dedim. Səhər saat 6-da evə döndüyümdə o, məni qapıda qarşıladı. Bu gün yenə xəstəxanadayam... Artıq anju mərhələsinə keçildi. Sabah axşamkı konsert üçün sizə üzr borcluyam. Biletləriniz keçərlidir. Xahiş edirəm, məni bağışlayın”.

Musavat.com

Seçilən
0
16
musavat.com

10Mənbələr