Bərdə rayonunda yeniyetmə çayda boğulub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində baş verib.
Ağdam rayon sakini 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayında boğularaq ölüb. Hələlik onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.
Faktla bağlı araşdırma aparılır.