AZ

“Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb - FOTO

Yazını böyüt
Yazını kiçilt

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə keçirilən “Data jurnalistikası” mövzusuna həsr olunmuş təlim proqramı yekunlaşıb.

Hafta.az xəbər verir ki, təlimlər çərçivəsində iştirakçılara datanın tapılması, tərtib edilməsi, məlumatların təhlili, vizual təqdimatı və müasir rəqəmsal alətlərlə işləmə bacarıqları üzrə nəzəri və praktiki biliklər ötürülüb.

Sessiyalar ABŞ-ın Virginia Birləşmiş Universitetinin fəxri dosenti, jurnalistika sahəsində 20 ildən artıq təcrübəyə malik Cef Sauz tərəfindən aparılıb. Proqram müddətində media sahəsində yeniliklər, faktlara əsaslanan xəbər istehsalının əhəmiyyəti və tətbiqi ilə bağlı təqdimatlar keçirilib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Seçilən
0
4
hafta.az

5Mənbələr