AZ

Toya gedən 15 yaşlı oğlan çayda boğulub öldü – FOTO

  Bərdə rayonunda yeniyetmə çayda boğulub.

Referans Qafqazinfo”ya istinadən bildirir ki, hadisə Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində olub.

Belə ki, Ağdam rayon sakini 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayında boğularaq ölüb. Hələlik onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.

İlkin məlumata görə, Ə. Fərəcov Tərtər çayının sahilinə yaxın olan şadlıq saraylarından birində təşkil edilən toya gedibmiş.

Faktla bağlı araşdırma aparılır.  

3c128380

Seçilən
0
4
referans.az

10Mənbələr