Ajans.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. "Vulverhempton"un çalışdırıcısı Vitor Pereyra ötən ayın ən yaxşısı seçilib. Onun komandası Premyer Liqada aprel ayında 5 oyuna çıxıb və hamısında qalib gəlib. Qeyd edək ki, "Vulverhempton" hazırda Premyer Liqada 41 xalla 13-cü pillədə qərarlaşıb. Portuqaliyalı mütəxəssis dekabrda baş məşqçi təyin ediləndə isə komanda cəmi 9 xalla 19-cu yerdə idi.