Bakı şəhərində, Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəy yerləşən "Şəki" restoranı sökülür.
Yenisabah.az xəbər verir ki, restoranın sökülməsinin səbəbi sözügedən küçələrin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.
Tikinti işləri ilə əlaqədar ətraf ərazilərdə yerləşən obyektlər plana düşüb./oxu.az
Restoranın sökülməsini əks etdirən görüntünü təqdim edirik:
Telegram kanalımız