Bakı. Trend:
“Neftçi” Premyer Liqanın 34-cü turunda “Turan Tovuz”lakeçiriləcək oyuna itkilərlə çıxacaq.
Trend xəbərverir ki, Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev,Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isəcəzalı olduğu üçün səfər görüşünü buraxacaqlar.
Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda təşkilolunacaq “Turan Tovuz” – “Neftçi” matçı saat 19:30-dabaşlayacaq.