Lerik rayonunun Sıvakəran kəndində tur zamanı xoşagəlməz hadisə baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax rayon sakini, 1963-cü il təvəllüdlü Elmira Vaqif qızı Abbasova səfər etdiyi qrupla birlikdə kənd ərazisində yerləşən şəlaləyə baxmağa gedərkən ayağı sürüşüb və hündürlükdən dərəyə yıxılıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin 6 nəfərlik xilasedici qrupu cəlb olunub.
Xilasedicilər meşəlik ərazidə təxminən 500 metr məsafəni piyada qət edərək xəsarət alan qadına ilkin tibbi yardım göstəriblər. Daha sonra qadın xüsusi avadanlıqlar vasitəsilə dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.