İş-sahibkarlıq dünyası ilə bağlı yeni internet TV fəaliyyətlə başlayıb. XQ xəbər verir ki, “Biznes TV” adlanan yeni telekanalın tezliklə yerli kabel operatorları tərəfindən yayıma başlayacaq.
Kanal iqtisadiyyat və biznes formatında olacaq, iş dünyası, innovasiyalar və startaplarla yanaşı, ictimai-siyasi və digər sahələrdə olan yenilikləri xəbər və verilişlər vasitəsi ilə yayımlayacaq.
Qeyd edək ki, “Biznes TV”-nin yeni direktoru "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İctimai Birliyinin sədri Toğrul Allahverdiyevdir.
Kanal Azərbaycan Respublikası Audiovizual Şurasının qərarı ilə platforma yayımçısı lisenziyasını alıb.
XQ