AZ

Cek Qriliş “Mançester Siti”ni “Napoli”yə dəyişir

“Napoli” “Mançester Siti”nin futbolçusu Cek Qrilişlə maraqlanır.

Msport.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte 29 yaşlı vingerin oyununu çox bəyənir. İtaliyalı mütəxəssis onun komandanın ulduzuna çevrilə biləcəyinə inanır. Qrilişin də “Napoli”yə keçməyə hazır olduğu iddia olunur.

Qriliş bu mövsüm “Mançester Siti” ilə bütün turnirlərdə 31 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun “şəhərlilər”lə 2027-ci ilin yayına kimi müqaviləsi var. İngiltərəli vingerin bazar dəyəri 35 milyon avrodur.

Seçilən
0
msport.az

1Mənbələr