AZ

Rayonlarda yaşayanlara kredit niyə yüksək faizlə verilir?

Bəzi rayonlarda yaşayanlara kreditlər daha yüksək faizlə verilir. Mərkəzi Bankın məlumatına görə, xarici valyutada regionlara 5,65%-lə 4,3 milyard manat kredit verilib.

Operativ Media Xezerxeber.az-a istinadən xəbər verir ki, dollarla ən baha kreditlərin verildiyi zonalar Mil-Muğan bölgəsi, Naxçıvan, Lənkəran-Astara, Dağlıq-Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarıdır. Verilən kreditlərin faizləri isə əraziyə görə fərqlənir. Ən yüksək kredit faizi Mil-Muğan iqtisadi rayonunda təxminən 16 faiz təşkil edir.

Ekspertlər bildirirlər ki, manatla kreditlər daha münasib və az risklidir.

Bəs sözügedən rayonlarda yüksək faizlə götürülən dollar kreditlərinin səbəbi nədir?

Həmçinin, vətəndaşların dollara üstünlük verməsi ilə yanaşı, banklar da yüksək zərurətdə xarici valyutada kreditlərə daha çox üstünlük verirlər. Lakin vətəndaş üçün yüksək faizlə götürülən kreditlər çox risklidir.

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, regionlara yönəlmiş kredit faizlərinin yüksək olmasında başqa faktorlar da rol oynayır.

Bəs iqtisadi rayonlar üzrə faiz dərəcələri niyə bu qədər fərqlidir?

Bəzi ekspertlər hesab edirlər ki, bir iqtisadi rayonda xarici valyuta ilə 5-6 faizlə, digər rayonlarda isə 15-16 faizlə kredit verilməsi suallar doğurur. Görünür ki, yüksək faizli kreditlər əsasən kənd təsərrüfatı sektoruna verilir. Çünki bu sektorda risklər yüksək olduğundan banklar kənd təsərrüfatını kreditləşdirməkdə maraqlı deyillər.

Mövzu ilə bağlı videomaterial; təqdim edirik:

Seçilən
0
14
operativmedia.az

10Mənbələr