AZ

Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın telefon danışığı zamanı özünü lentə aldığı görüntülər sosial mediada sürətlə yayılıb.

Musavat.com xəbər verir ki, lakin bu dəfə diqqət çəkən əsas məqam Paşinyanın özü yox, həmin videoya azərbaycanlı bloger və parodiya ustası Maşallahoğlunun etdiyi dublajdır.

Maşallahoğlu bu dəfə də istedadını nümayiş etdirərək Paşinyanı Azərbaycan dilində danışdırıb, elə ustalıqla dublaj edib ki, izləyənlər bir anlıq baş nazirin doğrudan da Putinlə Azərbaycan dilində danışdığına inanır. İctimai maraq doğuran bu yumorlu parodiya izləyicilər arasında böyük marağa səbəb olub, yüzlərlə dəfə paylaşılıb və çoxsaylı rəylərlə qarşılanıb.

Qeyd edək ki, Maşallahoğlu 44 günlük Vətən müharibəsi dövründə də bu tip parodiyalarla məşhurlaşmış, Azərbaycan rəhbərliyinin də diqqətini çəkmişdi. Onun fəaliyyəti milli ruhun və pozitiv enerjinin yayılmasında əhəmiyyətli rol oynamışdı.

Musavat.com oxucularını bu istirahət günündə bir qədər güldürmək üçün həmin görüntünü təqdim edir:

Musavat.com

Seçilən
0
1
musavat.com

10Mənbələr