Avropanın yüksək səviyyəli diplomatlarından ibarət nümayəndə heyətinin Lvova səfəri zamanı Ukraynaya ümumilikdə 1,9 milyard avro məbləğində əlavə hərbi dəstək vəd edilib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Telegram-da bildirib.
"Bu gün Avropa İttifaqı Ukraynaya hərbi dəstək üçün demək olar ki, 1,9 milyard avro ayırmaq niyyətində olduğunu rəsmən açıqladı", - Şmiqal vurğulayıb.
Hökumət başçısı bu qərarı tarixi hesab edir, çünki Ukrayna üçün silah Avropa Sülh Fondu vasitəsilə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə edilərək alınacaq.