Rusiyanın qadın futbolçulardan ibarət “Zenit” klubu Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevaya yeni müqavilə təklif edib.
Sportinfo.az xəbər verir ki, 23 yaşlı müdafiəçi Santk-Peterburq təmsilçisinin dəvətinə cavab verməyə tələsmir.
Nigar daha sərfəli təkliflər olacağı halda, onu dəyərləndirəcək.
Nigar Mirzəliyevanın “Zenit”lə hazırkı müqaviləsi 2026-cı ilin dekabr ayında başa çatacaq.