"Real" yeni baş məşqçi ilə razılığa gəlib.
Publika.az xəbər verir ki, komandaya hazırda "Bayer Leverkuzen"də çalışan Xabi Alonso rəhbərlik edəcək.
"Marca" nəşrinin məlumatına görə, Madrid klubu ispaniyalı mütəxəssislə 3 illik müqavilə bağlayıb. O, 2018-ci ildən birgə çalışdığı fiziki hazırlıq üzrə məşqçi Sebas Parrilyanı da özü ilə birlikdə Madrida aparacaq.
Hazırkı baş məşqçi Karlo Ançelotti isə mayın 25-də mövsümün son oyunu başa çatdıqdan sonra klubla vidalaşacaq.