Mayın 9-da “Aqro-Vest DC” MMC-nin kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı I Fəxri Xiyabanda onun məzarını ziyarət edib.
Tədbir iştirakçıları böyük dövlət adamı Heydər Əliyevin məzarı üzərinə çiçəklər qoyub, xatirəsini yad ediblər.
Eləcə də Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, gül dəstələri qoyulub.