AZ

Putin Azərbaycan parad heyətinin komandiri ilə salamlaşdı - VİDEO

Mayın 9-da Rusiya Prezidenti Vladimir Putin Moskvanın Qızıl Meydanında Qələbə Paradında iştirak edən parad bölmələrinin komandirlərini qarşılayıb.

"Unikal" xəbər verir ki, prezident Rusiyanın müdafiə naziri Andrey Belousovla birlikdə xarici ölkələrin parad bölmələrinin komandirləri ilə də görüşüb. Onların arasında Azərbaycanın 80 nəfərlik parad heyətinə rəhbərlik edən polkovnik-leytenant Məmmədov Samiq Rizvan oğlu da olub.

Putin komandirlərin hər biri ilə əl sıxaraq onları bayram münasibətilə təbrik edib. 

Ağarza Elçinoğlu 

Seçilən
0
4
unikal.az

7Mənbələr