Dünyanın ən xoşbəxt şəhəri açıqlanıb
7NEWS.az xəbər verir ki, hər il müntəzəm olaraq dərc edilən Xoşbəxt Şəhər İndeksi hesabatının 2025-ci il nəticələri açıqlanıb. Danimarkanın paytaxtı Kopenhagen canlı mədəniyyət, idarəetmə və iqtisadi fəaliyyət mərkəzi, ekoloji davamlılığa sadiqliyi ilə də diqqət çəkib. Nəqliyyat sisteminin 69 faizinin ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən ibarət olduğu Kopenhagendə hətta xoşbəxtliyin elmi və mədəni ölçülərinə toxunan Xoşbəxtlik Muzeyi də var.