AZ

Bir gündə bank kartlarından 11 min manatdan çox pul oğurlandı...


Mayın 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 5000, 1010, 1000, 880, 849, 744, 660, 600, 200, 160, 125, 73, 50, 42 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - məlumatda qeyd edilib.

ZÜMRÜD

Seçilən
0
49
baki-xeber.com

10Mənbələr