AZ

Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 42% artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Yaponiya arasındaticarət əməliyyatlarının həcmi 87,9 milyon ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 26 milyon ABŞ dolları və ya 42% çoxdur.

Hesabat dövründə Yaponiya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 0,73%-i həcmində olub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Yaponiyaya 3,1milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 25,6% azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-mart aylarında YaponiyadanAzərbaycana 84,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 27,1 milyon ABŞ dolları vəya 46,9% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanxarici ticarət dövriyyəsi 24,3% artaraq, 12 milyard ABŞ dollarıtəşkil edib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75milyon ABŞ dolları artaraq, 6,4 milyard ABŞ dolları, idxal isə52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dollarıtəşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyondollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Seçilən
0
4
az.trend.az

10Mənbələr