AZ

Dövlət Dəniz və Liman Agentliyinin daha bir tenderi ləğv edildi

Dövlət Dəniz və Liman Agentliyinin keçirdiyi tenderin nəticəsi ləğv edilib.

Tribunainfo.az xəbər verir ki, son bir həftədə bu, qurumun üzləşdiyi ikinci ləğv olunma halıdır.
Belə ki, Agentlik İKT avadanlıqların və aksesuarların satın alınmasını reallaşdırmaq fikrində olub. Bu məqsədlə 274 min639 manat vəsait xərcləməyi nəzərədə tutub. Lakin məlum olub ki, tenderə qatılmış şirkətlərin təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmayıb. Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məsələni müzakirə edərək, qanunun tələblərinin pozulduğunu təsdiqləyib.

Fərda Uğur

Seçilən
0
tribunainfo.az

1Mənbələr