Moskvada Qırmızı meydanda faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Qələbə paradı başlayıb.
News24.az xəbər verir ki, Azərbaycan hərbçiləri də paradda keçid edib.
Paradda Azərbaycan, Vyetnam, Belarus, Misir, Qazaxıstan, Çin, Qırğızıstan, Laos, Monqolustan, Myanma, Tacikistan, Türkmənistan və Özbəkistandan olan hərbçilər iştirak edirlər.
Qeyd edək ki, Ermənistan hərbçiləri Moskvada Qələbə paradında iştirak etməyəcəklər.