AZ

Ağırlıqqaldıranlarımız 4 Avropa medalı qazanıblar

Albaniyanın Dürres şəhərində usta ağırlıqqaldıranlar arasında Avropa çempionatında komandamız 2 qızıl, 2 gümüş medal qazanıb.

Komandamızın heyətində Zülfüqar Süleymanovla (M40, 67 kq) Vaqif Müsadiq (M70, 81 kq) qızıl medala yiyələniblər. Böyüklər arasında Avropa çempionatının gümüş medalçısı olan Süleymanov, həmçinin ustalar arasında yeni rekord da müəyyənləşdirib. O, təkanla qaldırmada 137 kq çəkini ram etməklə əvvəlki rekordu 1 kiloqram üstələyib. Digər ağırlıqqaldıranlarımız Natiq Həsənov (M45, 96 kq) və Eldar Məmmədov (M45, 109 kq) isə fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.

L.AZAD
XQ

 

Seçilən
0
5
xalqqazeti.az

7Mənbələr