AZ

"Hindistan-Pakistan müharibəsi bizi "maraqlandırmır"

ABŞ-nin vitse-prezidenti JD Vance Hindistan və Pakistan arasında artan gərginliklə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Vance Hindistan və Pakistan arasındakı gərginliyin ölkəsini "maraqlandırmadığını" və bu məsələyə müdaxilə etməyəcəklərini açıqlayıb.

Vance "Fox News" proqramında verdiyi açıqlamada gərginliyin tezliklə azalmasını ümid etdiklərini, lakin bu ölkələrə "nəzarət edə bilməyəcəklərini" bildirib. 41 yaşlı siyasətçi gərginliyin "ABŞ-ni maraqlandırmadığını" və ölkəsinin vəziyyətə müdaxilə etməyəcəyini vurğulayıb.

O, məsələnin diplomatik yollarla izlənəcəyini qeyd edib. Vance bildirib ki, Hindistan və Pakistan arasındakı gərginliyin "daha geniş bir regional müharibəyə və ya nüvə münaqişəsinə" çevrilməməsinə ümid edir.

\\Milli.Az

Seçilən
0
1
news24.az

10Mənbələr