AZ

Bu gün keçiriləcək futbol oyunlarının AFİŞASI

Bu gün Misli Premyer Liqasında 34-cü tura start veriləcək.

Tribunainfo.az xəbər verir, günün yeganə oyununda “Sabah” “Şamaxı”nı qəbul edəcək.

“Bank Respublika Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq.

“Sabah” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”, 19:00

Paytaxt klubu 41 xalla beşinci, bölgə təmsilçisi 36 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura mayın 11-də “Qarabağ”– “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.

Seçilən
0
1
tribunainfo.az

2Mənbələr