AZ

Azərbaycan-Vyetnam münasibətləri möhkəm və tarixi təməlləri olan dostluğa əsaslanır

Bakı. Trend:

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının MərkəziKomitəsinin Baş katibi To Lamın mayın 7 - 8-də Azərbaycana rəsmisəfəri iki dost dövlət arasındakı əlaqələrin perspektiv inkişafistiqamətlərinin, o cümlədən yeni əməkdaşlıq imkanlarının müəyyənedilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Bakıda aparılandanışıqlar, mübadilə edilən sənədlər göstərir ki,Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifə açılır.

Coğrafi baxımdan bir-birindən uzaqda yerləşmələrinə baxmayaraq,Azərbaycanla Vyetnam arasında əlaqələrin zəngin və 66 illik tarixivar. Sovet illərindən başlanyan bu əlaqələr daim yüksələn xətləinkişaf edib, Azərbaycan özünün dövlət müstəqilliyini bərpaetdikdən sonra yeni siyasi-iqtisadi məzmun kəsb etmişdir. Prezidentİlham Əliyevin bir neçə gün əvvəl “Vietnam News Agency” agentliyinəmüsahibəsində iki dövlət arasındakı əlaqələrin tarixindnən ətraflıbəhs olunub. Dövlətimizin başçısının qeyd etdiyi kimi 1959-cu ildəVyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi MinAzərbaycana, 1983-cü ildə isə SSRİ Nazirlər Soveti sədrinin birincimüavini Heydər Əliyevin Vyetnama səfəri ölkələrimiz arasındaəməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Sovet dövründərespublikamızda 5 minə yaxın vyetnamlının təhsil alması, mədəniyyətsahəsindəki əməkdaşlıqlar Azərbaycanla Vyetnamı, habelə onlarınxalqlarını bir-birinə daha yaxın edib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isəVyetnamla əlaqələr qeyd etdiyim kimi, yeni siyasi siyasi-iqtisadiməzmun kəsb edib. Xüsusən 2014-cü ildə Azərbaycan Prezidenti İlhamƏliyevin Vyetnama, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq TanŞanqın ölkəmizə səfəri iki respublika arasındakı münasibətlərininkişafının daha da sürətləndirilməsində böyük rol oynayəb. О daqeyd edilməlidir ki, cənab İlham Əliyevin 2014-cü ildə Hanoyşəhərində vaxtilə Azərbaycanda ali təhsil almış vyetnamlılarlagörüşü iki dövlət və onların xalqları arasındakı dostluğuntəcəssümünə çevrilib. Azərbaycanda təhsil alan vyetnamlıların birçoxu hazırda dövlət orqanlarında məsul vəzifələr tuturlar.

Bu gün müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlıfəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədiləiqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrəAzərbaycan–Vyetnam Hökumətlərarası Komissiyası fəaliyyət göstərir.İki ölkə arasında 2024-cü ildə əmtəə dövriyyəsinin həcmi 224 milyonABŞ dollarına yaxın olub. Əlbəttə ki, Azərbaycanın və Vyetnamınfaktiki malik olduğu potensial əmtəə dövriyyəsini daha da artırmağaimkan verir.

Siyasi sferada isə Azərbaycanla Vyetnam arasında Xarici İşlərnazirliklərinin xətti ilə məsləhətləşmələr həyata keçirilir. Ocümlədən hər iki ölkənin parlamentlərində parlamentlərarasıəlaqələr üzrə işçi qrupları yaradılib. Azərbaycanla Vyetnambeynəlxalq təşkilatlar - BMT, AQEM və Qoşulmama Hərəkatıçərçivəsində səmərəli əməkdaşlıq edirlər.

Azərbaycan-Vyetnam əlaqələrinin inkişafına Heydər Əliyev Fonduda böyük töhfələr verir. 2018-ci ildə Fond tərəfindən bu ölkənin HaGiang əyalətində ibtidai məktəb binasının inşa olunması, habeləhəyata keçirilən digər layihələr iki dövlətin dostluğunu daha damöhkəmləndirib. Təsadüfi deyil ki, ötən ay Vyetnama səfər edənHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu ölkədədost kimi qarşılanmışdı.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının MərkəziKomitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri də bir dahagöstərdi ki, iki dövlət arasındakı əlaqələr möhkəm təməlləri olandostluq prinsiplərinə əsaslanır. Hələ “Vietnam News Agency”agentliyinə müsahibəsində Prezident İlham Əliyev To Lamın səfəriilə bağlı demişdi:

"İnanıram ki, cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühümtəkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluqvə qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqləraçacaq".

Bu səfər zamanı imzalanan sənədlər, əldə edilən razılaşmalardoğurdan da göstərdi ki, Azərbaycan-Vyetnam münasibətləri öztarixinin tamamilə yeni mərhələsinə qədəm qoyur. Bunu ilk növbədəiki dövlət arasında müxtəlif sahələri əhatə edən 11 sənədinmübadilə edilməsi göstərir. Bu sənədlərin hər biri yeni əməkdaşlıqəlaqələrinin yaranması deməkdir. Mübadilə olunan sənədlərdənAzərbaycan Prezidenti İlham Əliyev və Vyetnam SosialistRespublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibiTo Lamın qəbul etdikləri “Azərbaycan Respublikası ilə VyetnamSosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulmasıhaqqında Birgə Bəyanat”ı xüsusi əhəmiyyətə malikdir. Çünki ilknövbədə bu sənəd iki dövlət arasındakı əlaqələrin artıq keyfiyyətcəyeni səviyyəyə qaldırıldığını göstərir.

“Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnamarasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatıxüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu,əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyəqaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəlimünasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib roloynayacaqdır” – deyə Prezident İlham Əliyev mətbuata bəyanatlaçıxışında bununla bağlı bildirmişdir.

To Lamın respublikamıza səfəri zamanı iki dövlət arasındaticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat vədigər istiqamətlər üzrə əməklaşlıq imkanları, o cümlədən qarşılıqlısərmayə qoyuluşu məsələləri ətraflı müzakirə olundu. Əldə olunanrazılaşmalar, imzalanan sənədlər hər iki tərəfin əməkdaşlığıngenişləndirilməsində maraqlı olduğunu göstərir. Vyetnam həm dəözünün ixrac marşrutlarının şaxələndirilməsində maraqlıdır. Bubaxımdan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Vyetnama özixracını artırmağa imkan verə bilər.

66 il əvvəl təməlləri yaradılan Azərbaycan-Vyetnam münasibətləribu gün hər iki ölkənin siyasi rəhbərliyi tərəfindən daha dazənginləşdirilir və inkişaf etdirilir. Vyetnam SosialistRespublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibiTo Lamın səfəri Azərbaycanla bu ölkə arasında dostluğu vətərəfdaşlığı daha da möhkəmləndirəcək, yeni əməkdaşlıq sferalarınınformalaşmasına, əmtəə dövriyyəsinin daha da yüksəldilməsinə xidmətedəcək.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
0
2
az.trend.az

3Mənbələr