AZ

Trampın Papa libasındakı fotosunun SİRRİ AÇILDI

Bir neçə gün öncə ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrdə papa qiyafəsində paylaşdığı şəkil internetdə böyük maraq doğurmuşdu.

Artıq məlum olub ki, bu paylaşımın arxasında Vatikan tarixində baş verən bir ilk dayanır: ilk dəfə amerikalı bir kardinallar Roma Papası seçilib.

Tribunainfo.az xəbər verir ki, yeni Papa – Robert Frensis Prevost, yəni Papa XIV Leo, 14 sentyabr 1955-ci ildə ABŞ-ın Çikaqo şəhərində anadan olub. Onun atası İkinci Dünya Müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etmiş, fransız-italyan əsilli məktəb direktoru, anası isə ispan əsilli kitabxanaçı olub.

Dil biliklərinə gəlincə, Prevost ingilis, ispan, fransız, italyan və portuqal dillərində sərbəst danışa bilir. Həmçinin latın və alman dillərində oxuya bilir.

Avropada yaşayan jurnalist Elbəyi Həsənli yeni Papayla bağlı bunları bildirib:

“Yeni Papa özündən əvvəlki Fransiskin başladığı islahatları davam etdirəcəyini desə də, bəzi mövzularda, xüsusilə LGBTQ+ məsələsində fərqli mövqe sərgiləyib. Papa Fransisk bu sahədə müəyyən tolerantlıq göstərmişdi. Ancaq XIV Leo açıq şəkildə LGBTQ+ mövqeyinə qarşı çıxışlar edib.”

Məhz bu səbəbdən Donald Trampın paylaşımı simvolik sayılır. Trampın LGBTQ+ hüquqlarına qarşı sərt ritorikası yeni amerikalı Papanın mövqeyi ilə üst-üstə düşür və ABŞ-da bəzi dairələr tərəfindən böyük dəstək qazanır.

Nigar İxtiyarqızı

Seçilən
0
15
tribunainfo.az

10Mənbələr