AZ

“Neftçi” ondan da qurtulmaq istəyir – O, gedəcəkmi?

Növbəti mövsümün hazırlıqlarına başlayan “Neftçi” hazırkı heyətdən bir çox futbolçu ilə vidalaşmaq niyyətindədir.

İdmanxeber.az-a verilən məlumata görə, onlardan biri də Ramil Şeydayevdir. Millimizin futbolçusunun performansı məşqçilər heyətini qane etmir.

“Ağ-qaralar”da  gözlənilən səviyyədə çıxış etməyən Şeydayevə azarkeşlərin də ciddi təpkisi var. Rəhbərlik yayda “Neftçi”də kifayət qədər yüksək məbləğdə maaş alan 28 yaşlı futbolçudan qurtulmağın yollarını axtaracaq. 

Xatırladaq ki, millimizin üzvü ötən yayda “ağ-qaralar”la 3 illik müqavilə bağlayıb.

 

Seçilən
0
idmanxeber.az

1Mənbələr