Meksikanın paytaxtı Mexikoda açıq havada keçirilən konsert məkanında səhnə uçub
Publika.az xəbər verir ki, bu barədə "Milenio" qəzeti məlumat yayıb.
Güclü küləyin səbəb olduğu hadisə zamanı azı 7 nəfərin xəsarət aldığı bildirilir.
Qeyd edilib ki, mayın 10-da bu məkanda Analar Gününə həsr olunmuş konsert keçirilməli idi.